Kokpit.az xatırladır ki, “gümüşü oxlar” Ciddədəki yarışda Corc Rassellə beşinci, Kimi Antonelli ilə altıncı yerləri tutublar.
Toto Volff: “Qətiliklə deyirəm ki, bu bizin builki ən pis performansımız idi. Təkərlərdə dənlənmələr oldu və tez qızdılar. Buna görə də tempimiz tamamilə itdi. Bu halda əlimizdən heç nə gəlmir”.
Mercedes yarışa Corc Rassell ilə 3-cü yerdən – ikinci cərgədən başlamışdı. Lakin o, Şarl Lekler və Lando Norrisə keçilərək, sonda beşinci yerə geriləyib.
Toto Volff: “Ən sürətli ikinci komanda olduğunuzu düşünürsünüz və gözləntilərinizi ona görə qurursunuz. Daha sonra yarış belə nəticələnəndə əsəbləriniz pozulur”.
Şərh əlavə et