Kokpit.az bildirir ki, Fernando Alonso 2010-2014-cü illərdə Ferrari-də yarışarkən 44 dəfə podiuma çıxmışdı. Bununla da Şarl bu statistikada ispaniyalı pilota çatıb.
Fernando Alonso Ferrari ilə çıxdığı 96 yarışda 44 podium gördüyü halda, Şarl Lekler 131 yarışda bu saya çata bilib. Bununla da, Lekler Ferrari tarixində ən çox podium görən beşinci pilot olub.
Statistika isə belədir:
Mixael Şumaxer – 116
Sebastyan Fettel – 55
Rubens Barrikello – 55
Kimi Rəykkönen – 52
Fernando Alonso – 44
Şarl Lekler – 44
Fernando Alonso Ferrari ilə 11 yarış qazandığı halda, Şarl Lekler sadəcə 8 yarış qazana bilib.
Şarl Lekler Ferrari-də yarışdığı hər mövsüm ən az 1 dəfə podiuma yüksəlsə də, o da eynilə Fernando Alonso kimi “qırmızılar”la Dünya Çempionu titulunu qazana bilməyib. İspaniyalı sürücü 2010 və 2012-ci illərdə çempionluq uğrunda mübarizə apara bilsə də, Lekler sadəcə 2022-ci ildə titul uğrunda mübarizə aparıb. Yəni ki, iki sürücünü də Ferrari-dəki taleləri bir-birinə bənzəyir.
Ancaq hazırda Leklerin Ferrari ilə tarix yazmaq şansları var. Ancaq gəlməyən titul hər iki tərəfin də səbir kəsasını doldurur.
Şərh əlavə et