Xəbəri Kokpitdə Oxuyun!

Ferrari komandasının rəhbəri Freserik Vassyör Səudiyyə Ərəbistanındakı podiumdan sonra SF-25-in zəif nöqtələrini dəyərləndirib.

Kokpit.az xatırladır ki, Ferrari bu il Ciddədə Şarl Leklerlə ilk podiumunu qazanıb. Komandanın Freserik Vassyör bunu mükəmməl hal kimi dəyərləndirib və növbəti yeniliklərin nə zaman gələcəyindən danışıb.

Ferrari həftəsonu ərzində sıralanma turunda çətinlik çəksə də, yarışda təkər qorumasına görə fərqlənib. Lekler yarışa Medium təkərlə başlayıb və 30 dövrə bu tərkiblə sürdükdən sonra Hard təkərə keçib. Monakolu pilot əvvəlcə Corc Rasselli keçib. Daha sonra isə Lando Norrisin təzyiqinə tab gətirərək, podiuma çıxıb.

Lyuis Həmilton da eyni strategiya ilə getsə də, onda bu yaxşı işləməyib və yarışı yeddinci yerdə bitirib.

Frederik Vassyör: “Yarış tempimiz yaxşı idi, amma həftəsonu ərzində daha balanslı olmalıyıq. Sıralanma turunda geridəyik. Bu da bizim zəif tərəfimizdir. McLaren-ə çatmaq istəyiriksə, bütün xırdalıqlara köklənməli və keçənilki kimi addım-addım inkişaf etməliyik.

Lyuis çirkli havaya görə çox çətinlik çəkdi. Onun performansı çox enişli-yoxuşludur. Daha stabil olmalıyıq və xüsusən də üçüncü sektorda daha güclü performans göstərməliyik. Sprint formatına görə Mayamiyə yenilik gətirmək çətin olacaq. İmoladakı yarışa yeniliklər gətirməyi hədəfləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et