Kokpit.az xatırladır ki, yaponiyalı sürücü yarışın startında Alpine komandasının sürücüsü Pyer Qasli ilə təmas edib və insidentin nəticəsində hər iki sürücü də mübarizəni dayandırmalı olub. Qəzanı araşdıran stüardlar bunu yarış insidenti olaraq qəbul edib və hər iki sürücüyə cəza verməyib.
Yuki Tsunoda: “Qaslidə günah görmürəm. O, maşınını tamamilə mənə doğru çəkmədi. Lakin eyni zamanda bunun trasın ən dar döngəsi olduğunu bilirik və ilişmənin az olduğu ilk dövrədə bu döngəyə yan-yana girməyin açacağı problemlərdən hamımız xəbərdarıq.
Sözün açığı mən hər şeyi nəzarətdə saxlayırdım. Döngəyə çox sürətlə gəlmədim və idarəetməni itirmədim. Yəni ki, əlimdən gələni etdim, amma təəssüf ki, bura trasın ən dar döngəsidir. İlişmənin az olması və ilk dövrə faktorlarını hesablasaq, bu hadisə yaşandı. Məncə, hər iki tərəf də təmkinli olmalı idi”.
Şərh əlavə et