Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Günah maşında deyil

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Ciddə yarışında yeddinci yeri tutduqdan sonra məyusluğunu gizlətməyib.

Kokpit.az xatırladır ki, Şarl Lekler Səudiyyə Ərəbistanı yarışında üçüncü olduğu halda, komanda yoldaşı Lyuis Həmilton 7-ci olub.

Lyuis Həmilton: “Xeyr. Çox rahat deyildim. Hər dövrə 1 saniyə itirirdim. Bolidin üçüncü yer tutmaq potensialı var. Şarl yarışda əla iş gördü. Buna görə də günahı maşına ata bilmərəm”.

Ferrari komandasının rəhbəri Frederik Vassyör isə Həmiltonun hələ də bolidə öyrəşmək üçün zamana ehtiyacı olduğunu deyib: “Lyuislə hələ danışmamışam, amma performansı enişli-yoxuşludur. Yenə də problem yoxdur. Bu maşına güvənə bilməməsinə görədir. Yekunda hər şey onun üçün yenidir. Cümə günü yarış tempində işləyə bilmədi və buna görə də balansda bir az problem yaşadıq”.

Rauf Hacıyev

Şərh əlavə et