Kokpit.az xatırladır ki, italyan sürücü Ciddədə problemsiz yarış keçirib və altıncı yeri tutub.
Kimi Antonelli: “Ardıcıl üçyarışlıq proses adamı fiziki və zehni cəhətdən inkişaf etdirir. Bu üç həftə fiziki və zehni cəhətdən çox yaxşı test idi cə çox şey öyrəndim. Üç tras da tamamilə bir-birindən fərqlənirdi. Tamam başqa vəziyyətlərlə qarşılaşdım. Xüsusən də təkər yeyilməsinin çox olduğu traslar da hələ bir az işləməliyəm.
Ciddədəki yarışda yeyilmə çox olsa da, Bəhreyndən topladığım təcrübə ilə təkərləri daha yaxşı qorudum. Bundan çox razıyam və çox şey öyrəndim. İndi birhəftəlik fasilə olacaq və bu tətili bolid haqqında daha çox şey öyrənmək və daha güclü qayıtmaq üçün istifadə edəcəyəm”.
Şərh əlavə et