Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Təkərlər tez yeyildi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, təkərlərə görə çox çətin yarış keçiriblər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, damalı bayrağı beşinci yerdə görüb.

İlk 4 yarışda 3 dəfə podiuma yüksələn Corc Rassell Ciddədə təkər temperaturu ilə bağlı problem yaşayıb.

25 yaşlı pilot yarışdan sonra bunları deyib: “Bu gün hər şey tamamilə təkərlərdən asılı idi. Çox qızırdılar. Pit-stoplardan sonra Maksın tempinə cavab verməkdə çətinlik çəkdim, amma çətin olacağını bilirdim.

Yarışın sonlarında isə lap bərbad idi. Son 15 dövrədə hər dövrə təxminən 1 saniyə itirdim. Amma düzünü desəm, yarışda tempimiz yox idi. Təkərlərə daha yaxşı nəzarət etsəm, yenə beşinci olardım.

Hazırda maşınımız bir az zəif olduğu üçün bu yöndə gedirik. Pis keçən gündən sonra beşindi yeri qəbul etmək olar, amma bunu inkişaf etdirməliyik. Bolidimiz daha tez qızır və bu da təkərləri şar kimi şişirdir. Yarışın bir nöqtəsindən sonra təkərlərdə ilişmə qalmadı.

Bəhreyndə nəyə görə yaxşı çıxış etdiyimizi anlamalıyıq, çünki orada təkərlər həddən artıq qızır və qızma buradakından fərqlənir. Ciddədə Bəhreynə nisbətən daha yüksək gözləntilərimiz var idi. Amma işlər tamamilə tərs getdi. Bunu anlamalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et