Kokpit.az xatırladır ki, monakolu sürücü Səudiyyə Ərəbistan Qran Prisinin sıralanma turunda dördüncü olub. Buna baxmayaraq o narazı qalıb.
Şarl Lekler: “Xoşbəxt deyiləm, həqiqətən də xoşbəxt deyiləm. Ciddə kimi trada təsnifat mərhələsində dördüncü olmaq yaxşı nəticə kimi görünə bilər. Əlimdən gələni etdim, lakin hazırda maşının performansı yetərli deyil”
Lekler bolidi limitlərdə sürdüyünü, amma öndəki rəqiblərlə fərqi bağlaya bilmədiyini deyib: “Ya bolidim çox öndən sürüşür ya da həddən artıq arxa tərəf sürüşür, amma yekunda öndəki rəqiblərimə çatmaq üçün kifayət qədər asfaltla ilişməm yoxdur”.
Monako sürücü bildirib ki, əlindən gələni edib və bolidin bütün potensialını ortaya qoyub: “Hazırda avtomobildə özümü yaxşı hiss edirəm. Düşünürəm ki, sürüş tərzimə uyğun sazlanma tapmışam. Son üç sıralanma turunda avtomobilin potensialını maksimum dərəcədə artırmışam, lakin hələ də istədiyim səviyyədə deyil.”
Şarl Lekler bildirib ki, Ferrari-nin Ciddəyə gətirdiyi yeniliklər də istənilən kimi işləməyib: “Mən bir az məyus oldum, çünki biz buraya bəzi yeniiklər gətirmişdik və onların kömək edəcəklərini gözləyirdim. Amma öndəki komandalarla olan fərqimiz hələ də eynidir. Yeniliklər işləyir, amma heyif ki, rəqiblərimiz də yeniliklər gətirirlər. Bu da o deməkdir ki, aradakı fərq hələ də bağlanmır”.
Şərh əlavə et