Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda Ferstappenlə yan-yana gəlib və iki sürücü liderlik uğrunda mübarizə apararkən Ferstappen şikanı kəsib. Stüardlar buna görə niderlandlı sürücüyə 5 saniyə cəza veriblər.
Maks bu cəzanı pit-stopda çəkəndən sonra Oskar onu qabaqlayıb və ondan sonra problem yaşamadan finişə çataraq, mövsümdə üçüncü qələbəsini qazanıb. Bu qələbə onu çempionatın yeni lideri edib.
Oskar Piastri: “Çox çətin yarış idi. Qələbə qazandığım üçün çox şadam. Startda fərqi yaratdım. İlk döngədə həmləmi etdim və bu kifayət etdi.
Orada bir-birini izləmək həqiqətən çətin idi. İlk pitlərdən əvvəl Maksın tempinə çata bilmədim. Sözün əsl mənasında təkərlərimi yedim. Amma pit-stopdan sonra təmiz hava çox yaxşı idi”.
Möhtəşəm yarış idi. Düzgün etməli olduğumuz şeyləri etdik. Hələ bir az inkişaf etməliyik, lakin ümumilikdə bu, əla yarış və gözəl həftə sonu idi”.
Oskar Piastri Maks Ferstappen ilə ilk döngədəki mübarizəsindən danışıb: “Onun yanına gələndən sonra birinci döngədən ikinci çıxmaq niyyətim yox idi. Buna görə də əlimdən gələnin ən yaxşısını etdim. Təbii ki, stüardlar işə qarışdılar, amma hər şey açıq-aydın görünürdü. Sonda mənə yarışı qazandıran bu oldu. Startda gördüyümüz işin bəhrəsini almaq sevindiricidir. Bu gün bunun hesabına qalib gəldik”.
Şərh əlavə et