Kokpit.az xatırladır ki, çempionatın lideri Ciddədəki sıralanma turunun son sessiyasında qəza edərək, mübarizəni vaxtından əvvəl tamamlayıb. Qəzadan sonra o, radiodan özünə axmaq deyib. Britaniyalı pilot bugünkü yarışa 10-cu yerdən başlayacaq.
Lando Norris: “Poul üçün mübarizə aparmalı idim və xüsusən də birinci cəhdimdə belə axmaq risk almamalı idim. Hər şeyi yenidən nəzərdən keçirməliyəm.
Poul qazanacağımız dəqiq deyildi, çünki Maks ıla i gördü. Red Bull sıralanma turu ərzində sürətli idi. Bu surpriz deyil. Sadəcə orada mübarizə aparmaq gözəl olardı. O ana qədər yaxşı gedirdim və rahat idim. Amma divara çırpıldım. Bununla fəxr etməyəcəyəm və xoşbəxt deyiləm. Çox məyusam və komandanı da məyus etdim. İndi komandanın maşını təmir etməsi lazımdır və bizim çox işimiz var. Radiodan dediyim sözə qatılıram, amma bazar günü keçiriləcək yarışı səbirsizliklə gözləyirəm. Sıralanma turundakı səhvimi kompensə etməyə çalışacağam”.
Lando Norris sonda bildirib ki, MCL39-a öyrəşməkdə çətinlik çəkir və Səudiyyə Ərəbstanı Qran Prisinə inamsız formada gəlib: “Nə olduğunu bilmirəm. Hələ də yoxlaya bilməmiçəm. Sadəcə bir səhv olduğunu düşünürəm. Qəzaya qədər rahat idim və özümü xoşbəxt hiss edirdim. Bolid də güclü idi.
Çox məyus olmuşam. Bu komandanı bazar günü çox çətin bir yarış gözləyir. Bu hadisə nadir hallarda baş verir, amma həyat belədir. Müsbət tərəfdən baxmalı və yaxşı yarışa ümid etməliyik. Bu trasda ötmə etmək asan deyil, amma maşınımız güclüdür. Yenə də istədiyimiz qədər yaxşı deyil, çünki poulu biz qazanmadıq. Maks birinci yerdədir. Corc isə bizə çox yaxındır. Hər şey bizim üçün mükəmməl deyil.
Bəhreyn yarışına nisbətən bir az xoşbəxtəm. Bu trasda ilişmə daha çoxdur. Sürüşün üzərində də çox işləmişəm. Bu insindentin onunla əlaqəsi yoxdur. Bu tamamilə başqa bir səhvdir. Amma komanda da xırdalıqları anlamaq üçün çox yaxşı işləyir”.
Şərh əlavə et