Kokpit.az xatırladır ki, britaniyalı sürücü Səudiyyə Ərəbistanında da sıralanma turunda zəif çıxış edib və komanda yoldaşı Leklerdən geridə qalaraq, yeddinci olub.
Lyuis Həmilton: “Həmişə olduğu kimi, mənim üçün çətin sıralanma turu oldu. Həftə sonu ərzində demək olar ki, hər sessiyada 13-cü yeri tuturdum, buna görə də düzünü desəm, üçüncü sessiyaya çıxmağıma və yeddinci yeri tutduğuma görə minnətdaram”
Britaniyalı pilot son cəhdinin əla keçdiyini bildirib, lakin əlavə edib ki, o, həftəsonu ərzində yavaş-yavaş inkişaf edib və bu, müsbət əlamətdir: “Son cəhdim çox təsiredici deyildi, lakin həftəsonu ərzində davamlı olaraq inkişaf etdim. Əlbəttə ki, daha yaxşı bir dövrəyə ehtiyacım var idi, amma dediyim kimi, üçüncü sessiyaya çıxdığım üçün çox şadam. Bizim hələ də təkmilləşdirməli olduğumuz çox sahəmiz var.”
Yeddiqat Dünya Çempionu yarış performansı ilə bağlı sualları ehtiyatlı nikbinliklə cavablandırıb. Yarışın daha yaxşı keçəcəyinə ümid edib-etmədiyini soruşduqda, Lyuis Həmilton belə cavab verdi: “Mən sadəcə ümid etmirəm, eyni zamanda dua edirəm!
Vahid dövrədə bu boliddə işləmək mənim üçün çox çətindir. Amma biz heç vaxt təslim olmuruq. Nə qədər ki, iradə və istək var, bir yol tapmaq mümkündür. Çalışmağa və sınamağa davam edirik. Bizim böyük komandamız var, buna görə də çox çalışmağa davam edəcəyik”.
Şərh əlavə et