Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: İdeyalarımız tükənib

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, artıq inkişaf sahəsində ideyaları tükənib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Ciddədəki sıralanma turunda 13-cü yeri tutaraq, ikinci sessiyada ələnib. O, ikinci sessiyaya qalmaq üçün birinci sessiyada üç dəst Soft təkərdən istifadə edib. Bu da onun son sessiyaya qalmaq şansının üstündən birdəfəlik xətt çəkib.

Aston Martin komandasının digər sürücüsü Ləns Stroll isə ikinci sessiyaya qala bilməyib. Bu da “yaşıllar”ın vəziyyətinin həddən artıq pis olduğunu göstərir.

Fernando Alonso: “Bura ən çox sevdiyim traslardan biridir. Alpine-də yarışanda belə Ciddədə həmişə sürətli olmuşam. Bu gün ikinci sessiyaya çıxmaq üçün limitləri aşaraq sürdüm. Amma yekunda 13-cü yeri tuta bildim. Bu çətin vəziyyətdir. Əgər qəza etsəm, insanlar bunu mənim səhvim kimi göstərəcək.

Hazırda olduğumuz yerdən heç razı deyiləm. Boliddən bir az performans almaq üçün limitləri mütləq aşmalıyam”.

Komanda keçən ilin sonlarında yeniliklərin təsirini ölçmək üçün yeni və köhnə paketi fərqli maşınlarda quraşdıraraq test müqayisə etmişdi. Bu da onu göstərirdi ki, simulyator məlumatları ilə trasda alınan məlumatlar üst-üstə düşmür.

Bundan başqa komanda Mercedes-in bazasından çıxıb, özünün yüksək səviyyəli və texnologiyalı aerodinamik borusunu istifadə etməyə başlamışdı. Buna görə də əksəriyyət yaxşı nəticələr gözləyirdi.

Ancaq bekə görünür ki, Aston Martin komandası 2025-ci il resurslarını AMR25-ə yatırmaq əvəzinə bu resursları birbaşa 2026-cı ilin layihəsinə sərf etməyi düşünür.

Yenə də komanda bəzi detalların üzərində işləyir və xüsusən altlıqla bağlı yeniliklərin gəlməsi gözlənilir.

Fernando Alonso: “Çətin həftəsonudur. Çoxlu fərqli sazlanmalar sınadıq, amma performans qazana bilmədik. Demək olar ki, hamısı eyni nəticəni verdi. Buna görə də bazadan yenilikıər gəlməlidir, ancaq deyəsən artıq ideyalarımız tükənib”.

Rauf Hacıyev

Şərh əlavə et