Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: Tempimiz çox aşağıdır

Haas komandasının sürücüsü Esteban Okon bildirib ki, onların templəri çox aşağıdır.

Kokpit.az xatırladır ki, fransalı sürücü Ciddədəki sıralanma turunda 19-cu yeri tutaraq, birinci sessiyadan ələnib.

Esteban Okon: “Sözün açığı, tempimiz çox aşağıdır. Buna görə də bir şeylər sınamalı idim. Təxminən 0.3 saniyə itirdim. Amma o 0.3 saniyə məni ən yaxşı halda 19-cu yerdən 17-ci yerə yüksəldərdi. Yəni əsas problem bu deyil.

Bu həftəsonu xüsusən də birinci yürüşlərdən bəri problem yaşadıq. Lakin həmişəki kimi komanda olaraq işləməliyik. Əminəm ki, bu çətin vəziyyətdən tezliklə çıxacağıq. Yarışda əlimizdən gələnin ən yaxşısını edəcəyik və ən yaxşı strategiyanı tətbiq etməyə çalışacağıq.

Bu traslar sürücülər üçün doğrudan da çox çətindir. Çox sürətlidir və ilişmə həddən artıq çoxdur. Yaxşı nəticə üçün divarlara çox yaxın getməlisiniz.

Bu il Ciddəyə əvvəlki illərə nisbətən gec gəldik. Buna görə də havanın temperaturu təxminən 40 dərəcə olacaq. Buna görə də bizi böyük çağırış gözləyir. İstiyə hazır olmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et