Kokpit.az xatırladır ki, Pirelli bu il Səudiyyə Ərəbistanı Qran Prisinə keçənilkinə nisbətən yumşaq təkərlərlə gəlib. Bunun əsas səbəbi yarışda iki pit-stoplu strategiyaya imkan yaratmaq idi. Lakin gözləntilər özünü doğrultmayıb və yarışda bizi böyük ehtimalla tək pit-stoplu strategiya gözləyəcək.
Keçən il 20 sürücüdən 18-i yarışa Medium (C3) təkərlə başlamış və təhlükəsizlik maşınından sonra 14 sürücü birbaşa Hard (C2) təkərə keçərək, yarışı tamamlamışdı. Bu il Pirelli tək pit-stoplu qarşısını almaq üçün təkərləri bir az yumşaldıb. Bu addımın atılmasında əsas səbəb komandaları iki pit-stopa məcbur etmək idi.
Ancaq yarış günü gözləntilər özünü doğrultmayıb. Daha yumşaq təkərlərə baxmayaraq yeyilmə yenə də nəzarət altındadır və təkərlər yaxşı qorunsa, tək pit-stoplu strategiya daha sürətli yol kimi görünür.
Pirelli Motorsport-un rəhbəri Mario İzola da bunu təsdiqləyib: “Yeyilmə nəzarətdədir. Buna görə də yaxşı temp ilə tək pit-stoplu strategiya seçmək olar”.
Şərh əlavə et