Kokpit.az bildirir ki, Ciddədəki sprint yarışına Ricard Fersxur pouldan başlayıb. Qabriel Mini ikinci, Pepe Marti üçüncü, Aleks Dyun dördüncü, Arvid Lindblad beşinci yerdən start alıblar.
Startda Fersxur yeri qoruyub və liderliyini davam etdirib. Pepe Marti isə yaxşı start alaraq, Qabriel Minini geridə qoyub. Arvid Lindblad isə Dyunu keçərək, dördüncü olub. Yarışın startında AİX Racing komandasının sürücüsü Sian Şilds mübarizəni dayandırıb.
Yarışın üçüncü dövrəsin Lindblad birinci döngədə rəqibi Miniyə hücum edərək, üçüncü yerə yüksəlib. Bir dövrə sonra isə yenə eyni döngədə Pepe Marti birinci yer uğrunda mübarizədə Rixard Fersxuru geridə qoyub. Lakin 1 dövrə sonra Fersxur sürücü elə yenə birinci döngədə ispaniyalı rəqibinə əks hücum edib və onu geridə qoyub. Lakin niderlandlı sürücü bu hücumu edərkən rəqibini trasdan sıxıb çıxarıb və buna görə stüardlar 5 saniyə zaman cəzası veriblər.
Yarışın 8-ci dövrəsində Pepe Marti idarəetməni itirirərək, trasdan çıxıb. Bundan istifadə edən Lindblad ikinci yerə yüksəlib. Eyni dövrədə Qabriel Mini də Martini geridə qoyaraq, üçüncü yerə yüksəlib. Lakin Marti start finiş düzlüyündə italyan rəqibinə hücum edərək, yenidən üçüncülüyü özünə qaytarıb.
Yarışın 9-cu dövrəsində Roman Stanek Minini geridə qoyaraq, dördüncü yerə yüksəlib. Lakin Mini təslim olmayıb və Staneki əks hücumla keçib. Bu anda Aleks Dyun arxadan gələrək, həm Staneki, həm də Minini geridə qoyub və dördüncü yerə yüksəlib. Yarışın 12-ci dövrəsində isə Stanek nəhayət ki, Minini ötə bilib.
Yarışın 15-ci dövrəsin Cek Krouford 7-ci yer uğrunda mübarizədə Loenardo Fornarolini geridə qoyub. 16-cı dövrədə isə Krouford birinci döngədə Mini ilə yan-yana gəlib və iki sürücü təmas ediblər. Yekunda Krouford yerində fırlanaraq, mübarizəni dayandırıb. Buna görə təhlükəsizlik maşını trasa girib.
Yarışın 18-ci dövrəsində təhlükəsizlik maşını pitə qayıdıb və yarış yenidən başlayıb. Restartda Fornaroli də Minini geridə qoyaraq, 6-cı yerə yüksəlib.
Finiş xəttini Rixard Fersxur birinci yerdə keçsə də, aldığı 5 saniyə cəzaya görə 4-cü yerə geriləyib. Buna görə də sprint yarışının qalibi Arvid Lindblad olub. İkinci yeri Pepe Marti, üçüncü yeri Aleks Dyun tutub.
Roman Stanek beşinci, Qabriel Mini altıncı, Leonardo Fornaroli yeddinci, Viktor Martins 8-ci yeri tutublar.
Şərh əlavə et