Kokpit.az xatırladır ki, indoneziyalı sürücü Ciddədəki sıralanma turunun ikinci sessiyasında hamıdan əvvən trasa çıxıb. O, sürətli dövrəsini vurub bitirəndə rəqib komandalar təzə-təzə trasa çıxırdılar. Buna görə 27 yaşlı pilot heç bir hava kisəsi ala bilməyib. Sonda isə 0.007 saniyə fərqlə 11-ci yeri tutaraq, ikinci sessiyada ələnib.
Aleks Elbon: “Bunu nəzərdən keçirəcəyik. Məncə, ikinci sessiyada trasa çıxma zamanımız sorğulana bilər. Biz trasa çıxanda hamı boksda idi.
Bu tras Montsa kimidir. Həmişə trafikə ehtiyac olur. Bolidləri sürətli dövrədə ya da qızdırma dövrəsindən asılı olmayaraq trasda trafik sirkulasiyası varsa, sizi özü ilə çəkib aparır. Xüsusən də ikinci və üçüncü sektorda bu çox işə yarayır.
İkinci sessiyadakı son dövrəmdə üçüncü sektorun ən yavaş pilotu idim, çünki hava kisəsi ala bilmədim. Buna görə də bunu nəzərdən keçirməliyik. Bəlkə də tempimizə çox güvənirdir və arxayın idik ki, son sessiyaya qalacağıq.
Bilmirəm. Bu doğrudan da əsəbpozucudur, çünki iki həftədir xal almağa yaxın olsaq da, fürsəti əldən veririk. Əslində son sessiya bizim üçün mümkün görünürdü. Amma yenə də əldən verdik”.
Şərh əlavə et