Kokpit.az bildirir ki, avstraliyalı sürücü pit çıxışı ilə trası ayıran ağ xəti iki dəfə tapdalayıb. Stüardalar bunu yarış direktorları tərəfindən komandalara göndərilən təlimatların pozuntusu kimi dəyərləndirib.
Birinci pozuntu üçün gənc sürücüyə yalnız xəbərdarlıq cəzası gəlib: “Yarış notlarında açıq formada bildirilib ki, heç bir təkər hissəciyi ağ xətti keçməməlidir. Bu qaydanın pozulması ilə bağlı heç bir şübhə yoxdur. Ancaq bu hadisə sərbəst yürüşlərdə olduğu üçün xəbərdarlıqdan daha ağır cəzanın verilməməsi qərara alınıb”.
Lakin ikinci pozuntu ciddi formada dəyərləndirilib və Cek duhənə rəsmi olaraq qınama cəzası verilib: “Yarış notlarında açıq formada bildirilib ki, heç bir təkər hissəciyi ağ xətti keçməməlidir. Bu qaydanın ikinci dəfə pozulduğuna şübhə yoxdur. Komanda birinci pozuntudan sonra sürücüyə xəbərdarlıq etdi və daha diqqərli olmasını istədi. Ancaq bu xəbərdarlığa baxmayaraq, Duhən xətti yenə tapdaladı”.
Şərh əlavə et