Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Özümüzə güvənirik

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, bəzi şeylərin inkişafına ehtiyac olsa da, ümumi olaraq özlərini yaxşı hiss edirlər.

Kokpit.az xatırladır ki, McLaren Ciddədəki cümə sərbəst yürüşlərində də yenə də əlçatmaz olublar. Lando Norris günü zirvədə bağlayıb. Oskar Piastri isə ondan 0.09 saniyə geridə qalaraq ikinci olub. Onlara ən yaxın sürücü Maks Ferstappen olub və o, lider Norrisdən 0.28 saniyə geridə qalıb.

Oskar Piastri: “Ümumilikdə tempimiz çox yaxşı idi. Boliddə özümü rahat hiss etdim. Hər şey mükəmməl olmasa da, günümüz yaxşı keçdi.

Şənbə günü üçün bəzi döngələrdə inkişaf etməliyik. Amma ümumi olaraq özümü yaxşı hiss edirəm və tempim ümid verir. Kiçik detallarda güclənsək, daha yaxşı nəticə mümkündür.

Yarış tempimiz də yaxşıdır. Hələ tam potensialımızı tapmasaq da, özümüzə güvənirik”.

Rauf Hacıyev

Şərh əlavə et