Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Əlimdən gələni etdim

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Ciddədəki sıralanma turunda əlindən gələni edib.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda ikinci olub. O, pouldakı Maks Ferstappendən sadəcə 0.010 saniyə geridə qalıb. 

Oskar Piastri: “Dövrəm əlimdən gələnin ən yaxşısı idi. Düzünü desəm, dövrəmdən çox razıyam. O cəhddə daha yaxşısı mümkün deyildi. Buna görə də gördüyüm işə görə çox sevincliyəm. Sıralanma turunun əvvəlində bir az özümə gəldim, amma son cəhdim mənim üçün ən yaxşısı idi.

Maks əla iş gördü. Yüksək sürətli traslarda bir az üstün görünürlər. Bu gün də əla iş gördü. Bu açıq görünür. Yarışda hər şey ola bilər. Tempimiz yaxşıdır. Çətin yarış olacaq, çünki builki təkərlər keçən ilə nisbətən daha yumşaqdır. Görək başımıza nə gəlir”.

Rauf Hacıyev

Şərh əlavə et