Bu səbəblə sürücülər də trasa çıxmağa tələsməyiblər. Rassell sərin yerdə öz dondurmasını yeyərkən, gənc sürücülər hamıdan tez tərpənərək boksları tərk ediblər. Dünənlə müqayisədə trasın vəziyyəti yaxşılaşıb – asfalt işlənmiş rezin qatı ilə örtülüb.
Bir çox sürücü Soft təkərləri seçib, lakin dünənki məşqi boşa verən Bortoleto əlində qalan yeni Medium təkərlərdən istifadə etmək qərarına gəlib. Sessiya sakit keçsə də, kiçik insidentlər olub. Bəzi sürücülər trasdan çıxıblar, Tsunoda sürətli dövrəsində olan Piastriyə mane olub.
Sürətlər dünənki ilə müqayisədə daha yaxşı olub, lakin Maksın keçənilki rekorduna az qalıb. Ən yaxşı dövrəni isə yenə Lando Norris vurub – 1:27.489.
Sırada isə təsnifat mərhələsi var. Görəsən kimsə “başından hündürə tullanaraq” McLaren sürücülərini üstələyə biləcək?
Şərh əlavə et