Kokpit.az xatırladır ki, niderlandlı sürücü Ciddədəki birinci sərbəst yürüşləri 9-cu, ikinci sərbəst yürüşləri isə 3-cü yerdə bitirib. O, Soft təkərlə McLaren-dən 0.28 saniyə geridə qalıb.
Ciddə trası sığallı olduğu üçün burada təkər yeyilməsi aşağıdır. Buna görə də RB21-in ən böyük problemlərindən olan təkər yeyilməsinin burada daha az olması gözlənilirdi. Lakin dördqat Dünya Çempionu hələ də yarış tempondə çətinlik çəkdiyini deyib.
Maks Ferstappen: “Boliddə bəzi fərqli şeylər sınadıq. Fərqli yönlərə getdik və məncə, bundan çox şey öyrəndik. Amma istədiyim səviyyədə deyil. Mən şəxsən dövrəvi nəticələrə çox fikir vermirəm. Əsas boliddəki hissiyatdır. Vahid dövrədə işlər yaxşı olsa da, yarış tempində hələ də çətin idi”.
27 yaşlı sürücü inanır ki, komanda gecə ərzində işləyərək daha yaxşı nəticə qazana bilər. Buna baxmayaraq McLaren-in aşkar formada üstün olduğunu da qəbul edir.
Maks Ferstappen sonda bildirib ki, Ciddə trasını Bəhreynlə müqayisə etmək çox çətindir: “Bu fərqli trasdır. Asfaltla ilişmə fərqlidir. Bundan başqa sazlanmalar da təmiz fərqlidir. Buna görə də müqayisə etmək çətindir. Amma bunu deyə bilərəm ki, McLaren ilə mübarizə çox çətin görünür. Hələ çox şeyi anlamalıyıq. Görüləcək çox iş var”.
Şərh əlavə et