Kokpit.az xatırladır ki, britaniyalı sürücü Səudiyyə Ərəbistanı Qran Prisinin sıralanma turunda Maks Ferstappen və Oskar Piastridən sonra üçüncü yeri tutub.
Corc Rassell: “Sözün düzü sessiyadan əvvəl mənə birbaşa üçüncü yeri versəydilər, bunu qəbul edərdim. Amma indi öndəkilərə nə qədər yaxın olduğumu görəndə, bəlkə daha yaxşısını edərdim deyə düşünürəm. Lakin atdığım dövrədən doğrudan da çox razıyam. Ancaq realist olsaq, bugünkü performansım maksimum idi.
Belə yüksəksürətli traslarda McLaren qədər tempimiz yoxdur və Maks yenə də əla iş gördü. Buna görə də onu təbrik edirəm”.
Şərh əlavə et