Xəbəri Kokpitdə Oxuyun!

Rassell: McLaren İspaniyaya qədər güclü olacaq

Mercedes komandasının sürücüsü Corc Rassell düşünür ki, İspaniya Qran Prisinə qədər McLaren hamıdan güclü olacaq.

Kokpit.az xatırladır ki, McLaren bu mövsüm ən sürətli komandadır. Onlar 4 yarışdan üçündə qalib gəliblər.

Lakin İspaniya Qran Prisindən etibarən elastik arxa qanadlarla bağlı yeni qaydalar tətbiq olunmağa başlayacaq və əksəriyyət düşünür ki, McLaren bundan sonra bir az yavaşlayacaq.

Corc Rassell: “McLaren-in böyük addım atacağını hamımız bilirdik. Nə qədər güclü olduqlarını aşkar formada göstərdilər. Piastri rəsmən uzaqlaşıb getdi. Buna görə də bizim Norrisin önündə yarış bitirməyimiz əla nəticədir.

Ferrari-nin ilk pit-stopdan sonrakı tempi çox güclü idi. Əgər Hard təkəri götürməsəydilər, Lekler mənə çox yaxın olardı. Red Bull isə çətin həftəsonu keçirdi, amma bu həftə özlərinə gələcəklər.

McLaren-ə gəldikdə isə elastik arxa qanadlara görə güclüdürlər. Buna görə də yenə də güclü olacaqlar. Baraelonada hər şey aydın olacaq. Görək orada geriyə düşəcəklər?”

Rauf Hacıyev

Şərh əlavə et