Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Ciddə mənim üçün xüsusidir

Haas komandasının sürücüsü Oliver Berman keçən il gözlədiyi halda debüt etdiyi Ciddə Trasının onun üçün önəmli olduğunu deyib.

Kokpit.az xatırladır ki, keçən il Karlos Sayns apendisit əməliyyatı olduğu üçün Ciddə yarışını buraxmış və Ferrari Ciddədə yarışmaq üçün Oliver Bermanı sükan arxasına keçirmişdi. 18 yaşlı sürücü karyerasının ilk Formula 1 həftəsonundakı sıralanma turunda son sessiyaya qala bilməsə də, yarışı 7-ci yerdə bitirərək, 6 xal qazanmışdı. Bununla da Ferrari tarixinin ən gənc xal qazanan sürücü statusunu əldə etmişdi.

Britaniyalı pilot bu il Haas komandasında çıxış edir və bu mövsümə pis başlamayıb.

Oliver Berman: “Dəlisov həftə sonu idi. Ümid edirəm ki, fiziki cəhətdən indi bir az daha güclüyəm, çünki bu, çox çətin yarış idi. Bir ildən sonra buraya qayıtmaq xüsusi hissdir.

Mən burada həmişə yaxşı performans göstərmişəm və bu trek həmişə mənim üçün xüsusi olacaq. Mənim Formula 2-də yaxşı maşınım olub, Formula 1-də o qədər də yaxşı deyildi, lakin inanılmaz debüt idi. Ciddə yüksək asfaltla ilişmə istəyən, sürücüyə meydan oxuyan, yüksək sürət və yüksək əzmkarlıq tələb edən əyləncəli trasdır”.

Oliver Berman bu il Haas komandasında tamzamanlı yarışır: “Formula 1-də tamzamanlı yarışandan sonra həyatımda çox şey dəyişdi. İndi daha çox pərəstişkarım var və insanlar məni tanıyır. Bunun yaxşı və pis tərəfləri də var. Bu, kiçik yaşlarımdan bəri arzuladığım Formula 1 həyatının bir hissəsidir və burada olmaqdan çox xoşbəxtəm”.

Mövsümün ilk 4 yarışında 3 xal toplayan Berman Səudiyyə Ərəbistanı Qran Prisi ilə bağlı gözləntilərindən danışıb: “Heç vaxt kimin nə edəcəyini bilmirsən. Suzukada çox şey gözləmirdim, amma xal qazandım. Bəhreyndə nəyə nail ola biləcəyimizi bilmirdim. Burada yaxşı həftəsonu keçirə bilərik, amma proqnoz vermək çətindir”.

Rauf Hacıyev

Şərh əlavə et