Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Özümə güvənim yoxdur

McLaren komandasının rəhbəri Lando Norris bildirib ki, özünə 2024-cü ildəki qədər güvənə bilmir.

Kokpit.az xatırladır ki, McLaren bu mövsüm ən sürətli komandadır. Onlar 4 yarışdan üçündə qalib gəliblər.

Lakin “narıncılar”ın pilotu Lando Norris tez-tez MCL39-da çətinlik çəkdiyini deyib. Britaniyalı sürücü bu il sadəcə 1 yarış qazanıb. Buna baxmayaraq 3 xal fərqlə çempionatda liderdir.

Lando Norris: “Bəhreyn yarışından sonra bir az fasiləyə ehtiyacım var idi. Özümü sıfırlamaq istədim. Bir neçə günüm də olsa, sevinərdim, amma 3 günü yaxşı dəyərləndirdim və hər şeydən bir az uzaqlaşdım.

Daha yaxşı performans göstərəcəyimi bilirəm, amma hazırkı rahatlıq səviyyəmə baxmayaraq çempionatda lider olmaq xəyalımdakı şey idi. Buna görə də pozitiv halları xatırlamağa çalışdım.

Amma hələ də özüm-özümlə mübarizə aparıram. Problemlərin səbəbini anlamağa çalışmaq ən çətinidir. Ancaq doğru yöndə getdiyimizə inanıram.

Bu həftəsonu hər şeyin düzələcəyinə əmin deyiləm. Hələ çətinlik çəkdiyim nöqtələr var, çünki bəzi şeyləri dəyişdirmək mümkün deyil. Amma işləməyə davam edirəm.

Yarışa yanaşmada və sürüş tərzimdə yenidən dəyərləndirmə aparıram. Daha əvvəl düşünmədiyim şeyləri düşünməliyəm. Bu, mənim normal sürüş tərzim deyil, amma bu yöndə inkişaf etməyə çalışıram.

Hazırfa göstərdiyimdən daha yaxşı performans göstərə bilərəm. Keçən ilin sonunda özümə inamım daha yüksək idi, çünki maşını tamamilə anlamışdım. Necə sürəcəyimi bilirdim və hər şeyi qüsursuz formada tətbiq edirdim.

Hazırda bunu edə bilmirəm, çünki lazımi hissiyatım yoxdur. Sürüş tərzim maşına uyğun deyil. Keçən il bizi məndən maşına güvəndiyimi soruşsa, cavabım qətiliklə “hə” olardı. Hazırda o qədər də əmin deyiləm”.

Rauf Hacıyev

Şərh əlavə et