Xəbəri Kokpitdə Oxuyun!

İkinci məşqlərdə Norris liderliyi ələ alıb

Gecə yarışlarının keçirildiyi traslarda yeganə faydalı məşq sessiyası əsas sessiyalarla eyni vaxtda başladığı üçün ikinci məşqlərdir. Bu, Ciddədəki Qran Priyə də aiddir.

omandalara öz parametrləri barədə qərar vermək və təkərlərin performansını qiymətləndirmək üçün bir saat vaxt olub və sürücülər bokslarda oturmayıblar.

Sessiya başlamazdan əvvəl Bortoletonun avtomobilində yanacaq sızması aşkar edilib. Bunu tez bir zamanda düzəltmək mümkün olmayıb, ona görə də Sauber-in yeni sürücüsü vacib məşqi buraxaraq trasa çıxmayıb.

Pirelli komandaları ən yumşaq təkərlərlə təmin edib – C3 Hard, C4 Medium və C5 Soft qismində bura gətirilib. Demək olar ki, hamı sessiyaya Medium ilə başlayıb – bu tərkib yarışda əsas olacaq.

Sessiya ilk məşqlər kimi, xırda hadisələrlə yadda qalıb. Çox sürücü trasdan çıxıb, Stroll isə yerində fırlanıb. Trasda sıxlıq olub, Elbon Həmiltonu vurmaqdan son anda yayına bilib.

Sessiyanın ikinci hissəsində sürücülər Soft təkərlərlə sürətli dövrə vurmağa, sıralanma turuna hazırlaşmağa fokuslanıblar. Lakin heç kim ehtiyatı əldən verməyib və sürətlər tədricən artırılıb.

Sona 8 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb. Buna səbəb Tsunodanın axırıncı döngədə etdiyi qəza olub. Maşın təxliyə edilib və sona 1 dəqiqə qalmış yaşıl işıqlar yanıb. Bu da sürətli dövrəyə başlamaq üçün kifayət etməyib.

Lando Norris günün ən sürətli dövrəsini vurub – 1:28.267. Məşqlər sabah davam edəcək.

Elçin Zodorov

Şərh əlavə et