Kokpit.az bildirir ki, bəzi komandalar Ciddə trasının sürətli xüsusiyyəti üçün hazırlanmış yeniliklər gətiriblər. Əksər komandalar trasın sürətli xüsusiyyəti üçün uyğun olan daha aşağı sürtünmə təqdim edən aerodinamik yeniliklər hazırlayıblar.
Ferrari SF-25-in arxa qanadı üçün iki fərqli yenilik gətirib. Bununla da bolidin asfaltayatma qüvvəsi azaldılacaq.
Red Bull isə motor qapağı hissəsinə genişlənmiş çıxış təqdim edən yeniliklə gəlir. Komanda asfaltayatma qüvvəsini azatmaq üçün daha kiçik və daha az kamberli tarazlayıcı qanaddan istifadə edəcək.
McLaren yeni formalaşmış diffuzor ilə aerodinamik performansı artırmaq istəyir. Bundan başqa arxa əyləc kanalı bolidin arxa tərəfindəki hava axımını yaxşılaşdıracaq.
Mercedes, Alpine və Williams komandaları Ciddəyə yenilik gətirməyiblər.
Aston Martin aqressiv olmayan arxa qanadcıq ilə sürtünməni azaltmaq istəyir. Haas isə keçənilki az sürtünmə təqdim esən arxa qanaddan istifadə edəcək. Amerikan komandası yeni ön qanadcıq ilə bolidin balansını yaxşılaşdırmağa çalışacaq.
Sonda Racing Bulls həm ön, həm də arxa qanadda yükü azaldan dəyişikliklər edib. Sauber komandasına gəldikdə altlıq, ön qanad, tarazlayıcı qanad kimi əksər detallarda aerodinamik faydalılığı artıran yeniliklər gətiriblər.
• Red Bull: arxa qanad, tarazlayıcı qanad
• Mercedes: —
• Ferrari: arxa qanad, tarazlayıcı qanad
• Aston Martin: arxa qanad
• Alpine: —
• Haas: ön qanad, arxa qanad
• Racing Bulls: ön qanad, arxa qanad, tarazlayıcı qanad
• Williams: —
• Kick Sauber: ön qand, altlıq, tarazlayıcı qanad, arxa qanad uc hissəciyi, arxa qanad
Şərh əlavə et