Xəbəri Kokpitdə Oxuyun!

Ciddədəki birinci sessiyada Qasli hamını təəccübləndirib

Səudiyyə Ərəbistanı Qran Prisinin birinci sərbəst yürüşlərində Alpine komandasının sürücüsü Pyer Qasli hamıdan sürətli olub.

Səudiyyə Ərəbistanında havanın temperaturu 28 dərəcə, trasın temperaturu 50 dərəcə olub. Pirelli bu həftəsonu üçün C3, C4 və C5 tərkibləri gətrib.

Sessiyanın başlaması ilə trasa çıxan ilk sürücü Esteban Okon olub. Fransız sürücü Hard təkərlərlə trasa çıxıb. Bəzi komandalar isə  arxa qanadlarına flow vis boyası ilə çıxıb və aerodinamik testlər edib.

Trasda sürücü çox olsa da, pilotlar tempi artırıblar. Əvvəlcə sürücülər Medium və Hard təkəri seçiblər. Oskar Piastri Medium təkərlə 1.21.548 zaman nnəticəsi göstərib və bir müddət lider olub. Ferstappen və Rassel arxadan gələrək, templərini göstəriblər.

Trasda asfalt qatı yaxşılaşdıqca dövrəvi nəticələr də yaxşılaşıb. Corc Rassell 1.30.425 zaman nəticəsi ilə zirvəyə yüksəlib. Bundan bir az sonra Berman divara təmas edib və pitə gedib. Buna baxmayaraq, sessiyaya davam edə bilib.

Corc Rassell son yarım saata lider girib. Karlos Sayns isə Soft təkərlərə keçən ilk sürücü olub. Yuki Tsunoda Medium təkərlərlə dördüncü yerə yüksəlib və Maks Ferstappendən çox cüzi fərqlə geridə qalıb.

Sessiyanın son yarım saatında Soft təkərlərə keçən sürücülər artıb. Lando Norris Soft təkərlərlə 1.29.246 zaman nəticəsi ilə liderliyə oturub.  Bundan sonra Pyer Qasli  1.29.239 zaman nəticəsi ilə Norrisi 0.007 saniyə qabaqlayaraq zirvəyə yerləşib.

 

Rauf Hacıyev

Şərh əlavə et