Xəbəri Kokpitdə Oxuyun!

X.Martin 3 ay yarışmayacaq?

Qətər yarışında qəza edərək yenidən zədələnən Xorxe Martin İspaniyaya qayıtmamışdan əvvəl ən az iki həftə xəstəxanada qalmalıdır. İlkin proqnozlara görə keçən ilin Dünya Çempionu təxminən 3 ay yarışa bilməyəcək.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü mövsümöncəsi qış testlərində qəza edərək zədələnmiş və ilk 3 yarışı buraxmalı olmuşdu. Lakin o geriyə qayıtdığı Qətər yarışının 14-cü dövrəsində də qəza edib və bu anda arxadan gələn Fabio di Canantonio ona çırpılıb.

Xəstəxanada aparılan təhlillərdən sonra məlum olub ki, Martinin sağ ağ ciyərində pnevmatoraks əmələ gəlib və 11 qabırğası qırılıb. Bədəninin sağ tərəfinə drenaj balonu yerləşdirilib və bu 4-7 gün aralığında çıxarılacaq.

Xorxe Martinə yaxın olan bir resurs belə açıqlama verib: “Xəstəxanada ikinci gecəsi bir az yaxşı keçdi. Amma hələ də çox ağrısı var və yanındakı drenaj balonu onu narahat edir.

Əgər hər şey qaydasında getsə, Martin 2-3 həftə sonra təyyarəyə minərək İspaniyaya qayıdacaq”.

Rauf Hacıyev

Şərh əlavə et