Kokpit.az xatırladır ki, son vaxtlar mətbuatda Ferrari ilə bağlı xəbərlər çox çıxır. Xəbərlərdə “qırmızılar”ın böhranda olduğu deyilir.
Lyuis Həmilton: “Bu böhran kənardan yaradılır. Bir tərəfdən baxanda bu təbiidir, çünki onlar Formula 1-in ən böyük komandalarıdır. Belə xüsusi komanda olanda haqqınızda çox şey yazılır. Daha çox hekayə yazılır və insanlar davamlı şərh verirlər. Təbii ki, həmişə işlər qaydasında olmur.
Öz tərəfimdən baxsam, bir komanda ilə işləyərkən hər şeyi bir gecədə dəyişdirə bilməzsiniz. Birlikdə edəcəyimiz qısamüddətli dəyişikliklər var. Yaxşı gördüyümüz işləri qoruyaraq, güclənməli olduğumuz sahələri inkişaf etdirməyə çalışacağıq. Bunların bəziləri qısamüddətli, bəziləri də uzunmüddətli ola bilər.
Bu komandada yaxşı şeylər çoxdur. Komandadaxilindəki enerjini və istəyi ən yaxşı formada istifadə etmək istəyirik. Bundan başqa komandanı da qorumalıyıq, çünki nəzərlər hamıdan çox bizim üzərimizdədir. Buradakı bütün işçilər ürəklərini ortaya qoyurlar. Hamımız enişli-yoxuşlu yoldayıq.
Planlaşdırdığımız nöqtəyə çatacağımıza heç bir şübhəm yoxdur, ancaq bu bir az vaxt alacaq”.
Şərh əlavə et