Xəbəri Kokpitdə Oxuyun!

2026-cı il motorları problemlidir?

İspaniya mətbuatının xəbərinə görə Mercedes 2026-cı ilin güc qurğuları ilə simulyatorda test edərkən Montsadakı start-finiş düzlüyündə batareya tükənib.

Kokpit.az bildirir ki, xəbərdə Mercedes-in yeni güc qurğularında bir addım öndə olduğu yazılsa da, gələcəkdə böyük problem ola biləcək halla qarşılaşıblar.

Simulyatordakı məlumatlara görə start-finiş düzlüyündə pit yolunu keçən kimi elektrik enerjisi tamamilə tükənir və sadəcə daxiliyanma mühərriyi işləyir.

Elektrik enerjisi olmayan bu motorun qüvvəsi isə 540-570 at gücü aralığındadır. Belə olan halda Formula 1 maşınları Formula 2 maşınlarından belə zəif ola bilər, çünki Formula 2-də istifadə edilən Mecachrome motorları təxminən 620 at gücündədir.

Rauf Hacıyev

Şərh əlavə et