Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu bu mövsüm Ferrari-də ilk mövsümünü keçirir. O, enişli-yoxuşlu performans göstərir. Əfsanəvi pilot bu il bütün yarışlarda Şarl Leklerdən geridə qalıb. O, yalnız Çində sprint yarışında qalib gəlib.
Sıralanma turuna gəldikdə isə 4 sıralanma turunun üçündə Lyuis Həmilton Leklerdən geridə qalıb. Lyuis bu performansını bolidə öyrəşə bilməməsi ilə əlaqələndirsə də, əksəriyyət artıq onun bu çıxışını sorğulamağa başlayıb.
Ferrari komandasının sabiq rəhbəri və hazırda Sauber-də texniki və əməliyyat direktoru olan Matia Binotto düşünür ki, Lyuis Həmilton Ferrari-yə çox dəyər qatsa da, bu kifayət etmir: “Ferrari-yə böyük coşğu, emosia və çoxlu təcrübə gətirdi. Ancaq bunlar tək başına bəs etmir.
Lyuisin hələ nə qədər sürətli olduğunu bilmirik və bu təcrübə ona öz potensialını öyrənməyə kömək edəcək, çünki güclü pilot bolidə tez öyrəşməlidir. Şarla qarşı gücü və ona təsirini görəcəyik”.
Qeyd edək ki, Lyuis Həmilton 12 il Mercedes komandasında çıxış etdikdən sonra Ferrari-yə keçib.
Şərh əlavə et