Kokpit.az bildirir ki, ikiqat Dünya Çempionu Fernando Alonso Ciddə yarışında Səudiyyə Ərəbistanına həsr olunmuş xüsusi dəbilqə ilə yarışacaq. Bu xüsusi dizayni Səudiyyə ərəbistanlı gənc sənıtkar Sarah Turkestani hazırlayıb.
Bu dizayn Aramco-nun Generation 3 layihəsi ilə ölkə üzrə təşkil edilən yarışda Alonso tərəfindən seçilib.
Aston Martin-in verdiyi açıqlamaya görə veteran sürücü dəbilqədəki Səudiyyə səhrası mənzərələrini çox sevib. Bu mənzərələr ona 2020-ci ildə Toyota ilə iştirak etdiyi Dakar Rallisini xatırladıb.
Qeyd edək ki, Fernando Alonso həmin il ilk dəfə Dakar Rallisinə qatılmış və yekunda 13-cü yeri tutmuşdu.
Xatırladaq ki, Formula 1-in ən çox yarış keçirmiş pilotu bu il çıxdığı 4 yarışdan da xalsız ayrılıb.
Şərh əlavə et