Kokpit.az xatırladır ki, britaniyalı sürücü mövsümə yaxşı başlayıb və 4 yarışın 3-də podiuma yüksəlib. O, hazırda çempionatda dördüncü yerdədir və lider Lando Norrisdən cəmi 14 xal geridə qalır.
Corcun bu performansı Mercedes komandasını təsirləndirib və tərəflər yeni müqavilə üçün danışıqlar aparırlar.
Paddokdan gələn xəbərlərə görə Corc Rassellin Mercedes ilə yeni bir müqavilə bağlaması gözlənilir. 2028-ci il üçün opsiyasi olan bu müqavilənin illiyi 30 milyon dollar olacaq.
Mercedes komandasının rəhbəri Toto Volff keçən il Corc Rassellin yerinə Maks Ferstappeni gətirmək istəyirdi. Lakin Toto indiki sürücü heyətindən razıdır və onun fikri dəyişib. Bunun da səbəbi Rassellin stabil çıxışı və Antonellinin komandaya tez öyrəşməsidir.
Mercedes komandası düşünür ki, Rassellə yeni müqavilə bağlamaq Maks Ferstappeni transfer etməkdən daha sərfəlidir.
Şərh əlavə et