Kokpit.az xatırladır ki, Ferrari-nin əfsanəvi prezidenti 10 ildən sonra Bəhreyndə padoka gələrək, yarışı izləyib. O, “qırmızılar” barədə fikirlərini bölüşüb.
Luka di Montedzemolo: “Ferrari həmişə qəlbimdə yaşayacaq. Ferrari sevgidir. Ferrari gecə-gündüz işləməkdir. Ferrari heç vaxt təslim olmamaqdır. Amma hazırda bu ruhu görə bilmirəm.
Bu günün Ferrari-sində lider yoxdur. Yenə də ümid edirəm ki, tezliklə podiumlar yox, çempionatda liderlik görəcəyik. Əsas məsələ budur. Bu da vaxt və yaxşı iş təşkili istəyir.
Həmilton yaxşı insandır. O, Formula 1 tarixinin əsas parçasıdır. Lyuis bilir ki, onun üçün son şansdır. Ferrari-yə qalib gəlmək karyerasını bu komandada tamamlamaq üçün gəldi. Amma yeni iş sisteminə öyrəşmək asan deyil. Çempion ola biləcəyi maşını yoxdur və bu problemdir.
Ferrari olaraq uzun illərdən sonra yenidən qələbə qazanacaq maşına ehtiyacımız var”.
Luka di Montedzemolo sonda yerlisi Kimi Antonelli barədə danışıb: “Kimi Antonellini doğrudan da çox bəyənirəm. Yaxşı oğlandır. Formula 1-dəki ilk mövsümündə səhv etmir və çox sürətlidir. İnkişafı göz qabağındadır.
Üstəlik onun daha bir üstünlüyü var – O, bolonyalıdır! Mercedes-də yarışdığı üçün çox məyusam. Onu iki il Sauber-də yarışdırıb, sonra Ferrari-yə transfer edərdim. Ancaq Toto Volff ondakı istedadı çox tez kəşf etdi. Eynilə McLaren-in vaxtında Lyuisi kəşf etdiyi kimi”.
Şərh əlavə et