Kokpit.az bildirir ki, ispaniyalı sürücü Qətərdəki gecə yarışında yaşadığı təmaslara və gərgin mübarizəyə baxmayaraq qalib gəlib. Əfsanəvi sürücü yarışın əvvəlində qardaşı Aleks Markeslə təmas yaşıb və motosikletini arxa aerodinamikası zədələnib. Buna baxmayaraq, o mübarizəni davam etdirib. Bundanistifadə edən VR46 komandasının sürücüsü Franko Morbidelli yarışda liderliyi ələ keçirib.
Alek Markes bir neçə dövrədən sonra Fabio di Canantonio ilə üçüncü yer uğrunda mübarizə apararkən rəqibi ilə təmas yaşayıb. Təmasdan sonra hər iki sürücü də gerilərə düşüb. Bu bəs deyilmiş kimi Aleks Markes uzun dövrə cəzası alıb. Bununla da ispaniyalı sürücünün builki ikinci yer seriyası başa çatıb.
Bu qarışıqlıqdan faydalanan Françesko Banyaya və Maverik Vinyales sürətlə ön qruöa yaxınlaşıblar. Banyaya Mark Markesi keçərək ikinci yerə yüksəlib. Lakin bir neçə dövrədən sonra Mark əks hücumla yerini qaytarıb. Bundan sonra Maverik Vinyales hər iki Ducati sürücüsünü və Franko Morbidellini keçərək, liderliyə yüksəlib.
Yarışın sonlarında isə Mark Markes tempini artıraraq, Maverik Vinyalesi keçib və 11 ildən sonra Luseyldə qələbə qazanıb. Yarış ərzində təsiredici performans göstərən Maverik Vinyales ikinci, yarışa 11-ci yerdən başlamış Françesko Banyaya isə üçüncü olublar.
Zədələrdən qayıdaraq Luseyldə Aprilia ilə ilk yarışına çıxan Xorxe Martin isə yarışda qəza edib və yerə yıxıldığı anda Fabio di Canantonio ona təmas edib. Bu təmasdan sonra keçən ilin Dünya Çempionu xəstəxanaya aparılıb.
Şərh əlavə et