Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Saxirdəki yarışa pouldan başalyaraq, qalib gəlib. Bu eyni zamanda McLaren komandasının Bəhreyn trasındakı ilk qələbəsidir.
Yarışdan sonra açıqlama verən Oskar Piastri sevincini gizlətməyib: “Burada bu nəticəni əldə etmək çox gözəl hissdir. Dünən sıralanma turu ilə başlayan bu inanılmaz həftəsonunu belə gözəl nəticə ilə başa vurmaq əladır.
Mən komandaya çox rəşəkkür edirəm. Onların bizə hədiyyə etdiyi bu avtomobil həqiqətən yaxşı idi. Əla həftəsonu idi və Bəhreyndə buna nail olduğum üçün çox qürur duyuram. Bu tras bizim üçün heç vaxt yaxşı olmayıb, buna görə də burada ilk qələbəmizi əldə etmək çox gözəldir.”
Oskar Piastri yarışdan sonrakı əyləncələr barədə danışıb: “Əminəm ki, böyük bir bayram olacaq, amma gələn həftə sonu yenidən yarışacağım üçün iştirak etməyəcəm!”
Piastri yarış boyu güclü performans göstərsə də, təhlükəsizlik maşını yarışın ortasında trasa çıxaraq fərqi aradan qaldırıb və onun liderliyini təhlükəyə atıb. 23 yaşlı pilot bu vəziyyətlə bağlı sualı belə cavablandırıb: “Əlbəttə, təhlükəsizlik maşınının çıxmasını istəməzdim! Amma yenə də tam inamım var idi. Sürətimiz çox yaxşı idi və həm Lando, həm də mən Medium təkərlərdə idik. Bu, ən yaxşı təkərdir. Sadəcə restartda yaxşı başlamağa çalışdım. Bu qələbəni əldən vermək fikrim yox idi”.
Şərh əlavə et