Kokpit.az xatırladır ki, Bəhreyndəki sıralanma turunun ikinci sessiyasında Esteban Okon qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb.
İnsidentdən sonra FİA sessiyanın təxmini başlanma vaxtını komandalarla paylaşsa da, bu məlumat rəsmi deyildi. Mercedes komandası da buna baxmayaraq iki sürücüsünü pit yoluna çıxardı. Niko Hülkenberq radiodan bunun təhlükəli olduğunu dedi, amma yarış mühəndisi Stiven Patrik onun boksda qalmasını istədi.
Qaydalara görə bu qayda pozuntusudur. Buna görə də Mercedes-in hər iki sürücüsünə də yarışın startında 1 yer itirmək cəzası verilib.
Mercedes komandasının baş tras mühəndisi Əndryu Şovlin bildirib ki, zaman ekranındakı mesajı səhv anlayıblar.
FİA-nın stüardları isə qərar barədə bunları yazıblar: “Komandanın təmsilçisi Əndryu Şovlin bildirib ki, təxmini başlama vaxtını əsl başlama vaxtı zənn edib və səhv buraxıb. Lakin o əlavə edib ki, bu hala görə heç bir üstünlük qazanmayıb, çünki sessiya yenidən başlayanda 11 dəqiqə vaxt var idi və rəqib komandaların da nəticə göstərmək üçün yetəri qədər vaxtı var idi.
FİA-nın təkoturacaqlı yarışlar üzrə idman direktoru düşünür ki, bu həmlə potensial üstünlük qurmaqdır, çünki vaxt az olan halda bir komanda planlaşdırdığı dövrələri atarkən, digər komanda bunu etməyə bilər”.
Bundan başqa qərarda cəzanın pul cəzası yox, idman cəzası olmalı olduğu qeyd olunub. FİA-nın idman direktoru bildirib ki, burada pul cəzası verilsə, gələcəkdə başqa komandalar da təxmini başlama vaxtını görüb, trasa çıxarlar. Stüardlar da bu fikri qəbul edib.
Mercedes-in bu səhvi qəsdən etmədiyini nəzərə alaraq, onlara sadəcə startda 1 yer itirmək cəzası verilib. Ancaq bu pozuntu təkrarlansa, cəza daha ağır olacaq.
Şərh əlavə et