Kokpit.az xatırtladır ki, britaniyalı sürücü yarışa yaxşı start verib 6-cı yerdən 3-cü yerə yüksəlsə də, düzülüşdə səhv yerdə durduğu üçün stüardlar tərəfindən beş saniyə cəzası alıb. O, yarışın son dövrələrində Corc Rassell ilə ikinci yer uğrunda mübarizə aparsa da, rəqibini keçə bilməyib və üçüncü yerə razı olub.
Lando Norris: “Çətin yarış idi. Ötmələrdə çoxlu səhvlərə yol verdim və düzülüşdə səhv mövqe tutdum. Ona görə də mənim üçün qarışıq yarış oldu. McLaren-in ilk iki yeri əldə etməməsi məyusedici haldır.
Ümumilikdə yaxşı yarış idi. Demək istəyirəm ki, əyləncəli idi, yaxşı hücumlar oldu. Hamı çox güclü yarışdı və limitləri aşdı. Belə də olmalı idi. Corc yaxşı çıxış etdi. Düşündüm ki, onu keçə bilərəm, amma o, yarışın sonuna qədər təkərlərini yaxşı qorudu.
Oskar əla iş gördü. Buna görə də onu və bütün McLaren komandasını təbrik edirəm. Gələn həftəsonu bu performansımı bir az yaxşılaşdırmağa çalışacağam.”
Şərh əlavə et