Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Sözüm yoxdur

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Bəhreyn Qran Prisinin sıralanma turunda doqquzuncu yeri tutduqdan sonra məyusluğunu gizlətməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda bərbad çıxış edib və komanda yoldaşı Şarl Leklerdən altı pilə geridə qalaraq, doqquzuncu yeri tutub. Sessiyanın sonunda yeddiqat Dünya Çempionu komanda yoldaşından 0.6 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Bu sessiya haqqında deyəcək sözüm yoxdur. Yaxşı iş görmürəm və bunu təkmilləşdirməliyəm. Üçüncü sessiyada sürətli dövrəmin silinməsi yaxşı olmadı, amma ən pis ssenari də deyildi.

Yarışda əsas hədəfim ilk beşlikdə olmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm.

Öz performansım barədə doğrudan da bir söz deyə bilmirəm. Bu barədə sizə veriləcək cavabım yoxdur”.

 

Rauf Hacıyev

Şərh əlavə et