Seçim zamanı motivasiyalı, ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti yüksək olan namizədlərə üstünlük veriləcək.
Formula 1 könüllüsü olmaq nə qazandırır?
– Avto idmanı sahəsinin peşəkarları ilə bir arada olmaq, yeni dostlar qazanmaq
– Komanda təcrübəsi əldə etmək və şəxsi inkişaf üçün unikal imkanlar
– Formula 1 həyəcanını yaxından hiss etmək və beynəlxalq tədbirin bir parçası olmaq
– BCC Akademiyanın təşkil etdiyi müxtəlif təlimlərdə iştirak etmək
Qeyd edək ki, ötən il 2000 könüllü Formula 1 Azərbaycan Qran Prisinin təşkilində yaxından iştirak edib.
Seçim prosesi və proqramla bağlı yenilikləri rəsmi sosial media hesablarımızdan izləyin.
Şərh əlavə et