Xəbəri Kokpitdə Oxuyun!

Stüardlar Mercedes sürücülərini araşdırırlar

Mercedes komandasının sürücüləri Corc Rassell və Kimi Antonelli ikinci sessiyanın restartında bokslarını vaxtından əvvəl tərk etdikləri üçün stüardlar tərəfindən araşdırılırlar.

Kokpit.az xatırladır ki, Bəhreyndəki sıralanma turunun ikinci sessiyasında Esteban Okon qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb.

İnsidentdən sonra FİA sessiyanın təxmini başlanma vaxtını komandalarla paylaşsa da, bu məlumat rəsmi deyildi. Mercedes komandası da buna baxmayaraq iki sürücüsünü pit yoluna çıxardı. Niko Hülkenberq radiodan bunun təhlükəli olduğunu dedi, amma yarış mühəndisi Stiven Patrik onun boksda qalmasını istədi.

Buna görə də FİA Mercedes komandasının iki sürücüsünü də izahata çağırıb.

Mercedes komandasının rəhbəri Toto Volff bu qaydanın yeni olduğunu və bu barədə daha əvvəl qərar alınmadığını deyib: “Bu yeni qaydadır və görək stüardlar nə deyir. Ümid edirəm ki, sürücülərim bunun cəzasını çəkməz. Tələsmək bizim səhvimiz idi, ancaq gözləyək görək nə olur”.

Rauf Hacıyev

Şərh əlavə et