Kokpit.az xatırladır ki, monakolu sürücü son cəhdində heyrətamiz dövrə vuraraq, üçüncü yeri tutub. O, bununla da Ferrari-nin bu mövsüm sıralanma turlarındakı ən yaxşı nəticəsini qazanıb.
Şarl Lekler: “Sözün açığı üçüncü yeri gözləmirdim. Üçüncü sessiyada nəticəmi yaxşılaşdıracağımı bilirdim. Birinci və ikinci sessiyada isə səbirli olmalı və trasın istədiyimiz səviyyəyə gəlməsini gözləməli idik.
Üçüncü sessiyanın əvvəlində təkərlərlə özümü doğrudan da pis hiss etdim. Amma yeni təkərlərə keçəndən sonra hər şey daha da yaxşılaşdı.
Sevincliyəm. Bunu gözləmirdim, amma bu nəticənin əsas səbəbi son həftələrdə sazlanmarı çox sınamağımızdır. Artıq yavaş-yavaş öz yolumu tapıram. Sonrakı yarışlar üçün məqsədim boliddən maksimum performans almaqdır”.
Gənc sürücü Ferrari-nin Bəhreynə gətirdiyi yeniliklərdən də danışıb: “Komanda bu yenilikləri buraya gətirə bilmək üçün çox işlədi. Bəhreyn yeniliklər üçün yaxşı tras olmasa da, onlar bizə az da olsa qazanc verdi. Böyük addım olmasa da, xırda qazanclar da çox vacibdir.
Əgər bu gün üçüncü yeri tutmuşuqsa, bu yeniliklərin əsəridir”.
Şərh əlavə et