Xəbəri Kokpitdə Oxuyun!

Qətər GP: Markesdən ardıcıl dördüncü poul!

MotoGP üzrə Qətər Qran Prisinin sıralanma turunda Ducati komandasından Mark Markes poul qazanıb.

Kokpit.az bildirir ki, Qətərdə sıralanma turu isti hava şəraitində keçib.

Birinci sessiyada Ai Oqura əla dövrə vuraraq, birinci olub və ikinci sessiyaya keçib. Növbəti sessiyaya keçən ikinci sürücü isə Yamaha-dan Aleks Rins olub.

Uzunmüddətli zədədən qayıdan Xorxe Martin isə 14-cü yeri tutub.

Sıralanma turunun ikinci sessiyasında əsas diqqətlər Ducati komandasının iki sürücüsü Mark Markes və Françesko Banyayanın üzərində olub. Markes 1.50.877 zaman nəticəsi ilə 111 saniyənin altına düşən ilk sürücü olub.

Françesko Banyaya isə ikinci cəhdində motosikletinin idarə etməsini itirərək, yıxılıb və sessiyanın vaxtından əvvəl dayandırıb.

Gresini komandasının sürücüsü Aleks Markes sessiyanın bitməsinə bir dəqiqə qalmış 1.50.600 zaman nəticəsi göstərərək liderliyə yüksəlib. Ancaq son sözü Mark Markes deyib və o, 1.50.499 zaman nəticəsi ilə Luseyl trasının dövrəvi rekordunu qıraraq poulu əldə edib.

Üçüncü yeri Yamaha komandasından Fabio Kuartararo tutub və hamını təəccübləndirib.

İki VR46 sürücüsü Franko Morbidelli və Fabio di Canantonio dörd və beşinci olublar. Maverik Vinyales altıncı, Yohan Zarko yeddinci yerlərdə qərarlaşıblar.

Amerika yarışının qalibi Françesko Banyaya isə yarışa 11-ci yerdən başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et