Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Yaxşı gün oldu

McLaren komandasının sürücüsü Oskar Piastri Bəhreyndəki cümə günündən sonra özünü yaxşı hiss edir.

Kokpit.az xatırladır ki, McLaren komandası Bəhreyndə cümə günü fırtına əsdirib. Birinci sərbəst yürüşlərdə Lando Norris birinci olub. İkinci sərbəst yürüşlərdə isə Oskar Piastri zirvəni fəth edib.

Oskar Piastri: “Çox sevincliyəm. Boliddə özümü yaxşı hiss etdim.

Birinci sərbəst yürüşlər daha fərqli idi. Hər şeyin yaxşılaşmasına görə sevincliyəm. Vahid dövrədə güclüyük, amma yarış tempimiz pis deyildi. Buna görə də razıyam.

Bolidi daha da gücləndirmək üçün çox işləməliyik, amma ümumi götürsək, yaxşı gün idi. Fərqin bu qədər çox olması sürpriz idi. Lakin rəqiblərimiz də sürətlənəcək və nəticələri yaxşılaşacaq. Bizi yaxın mübarizə gözləyir.

Sıralanma turu çox vacibdir, amma əvvəl güclü bolidimizin olduğuna əmin olmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et