Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Saxir trasındakı yarışa pouldan başlayacaq.
Oskar Piastri: “Həftəsonu ərzində özümə güvənirdim. Birinci sərbəst yürüşlər öyrəşdiyimiz kimi deyildi. Məncə, vəziyyət hamı üçün eyni idi. Bolid daha çox ralli maşınlarını xatırladırdır.
Daha sonra maşında özümü doğrudan da yaxşı hiss etməyə başladım. Üçüncü sərbəst yürüşlərdə tempim yaxşı idi. Sıralanma turunda rəqiblərimiz gözlədiyimdən çox yaxınlaşdı, amma lazımi dövrəni vurdum və bu çox vacib idi. Çox xoşbəxtəm”.
Oskar sabahkı yarış barədə də danışıb: “Birinci döngəyə lider girməliyəm. Daha sonra görək nə olur. Bütün həftəsonu ərzində özümü yaxşı hiss etdim və yarışa başlamaq üçün pouldan yaxşı yer ola bilməz.
Mənə verdikləri maşına görə komandama nə qədər təşəkkür etsəm, azdır. Sabahkı yarış üçün həyəcanlıyam”.
Şərh əlavə et