Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Qorxulu gün idi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, cümə günü onlar üçün çətin keçsə də, templəri yaxşı olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə zirvədə olub. İkinci sərbəst yürüşlərdə isə ikinci yeri tutub.

Lando komanda yoldaşı Oskar Piastrinin tempinə cavab verməkdə çətinlik çəkib və bolidin balansından narazı qalıb.

Sərbəst yürüşlərdən sonra Lando Norris bunları deyib: “Doğrudan da qorxunc idi. Çox çətin gün idi, çünki Bəhreyn trasının çətinliklərinə uyğunlaşmalı olduq.

Cümə günü yaşadığımız çətinliklər bazar günü keçiriləcək yarışın həyəcanlı olmasına kömək edə bilər, çünki təkərlərin yeyilməsə testlərə nisbətən daha çox idi.

Komanda olaraq çox işlədik. İndi isə sıralanma turunda tempimizin yaxşı olduğuna əmin olmaq üçün işimizə köklənməliyik. Çox iş görməliyik.

Ümumilikdə vəziyyət qəribədir. Bir tərəfdən hər şey qorxunc görünürdü. Digər tərəfdən bütün bunlara baxmayaraq tempimiz yaxşı idi. Buna görə də pis gün deyildi. Ancaq çox şeyi inkişaf etdirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et