Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton yeniliklərdən razıdır

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeniliklər yaxşı işləyirlər.

Kokpit.az xatırladır ki, Ferrari komandası problemləri həll etmək üçün Bəhreynə altlıq gətirib. Yeni altlığı cümə sərbəst yürüşlərində sınayıb.

Buna baxmayaraq, Ferrari cümə sərbəst yürüşlərini McLaren-dən 0.5 saniyə geridə qalaraq dördüncü yerdə bağlayıb.

Buna baxmayaraq ilk yarışlarda boliddə özünü yaxşı hiss etmətən Lyuis Həmilton yeniliklərdən razı qalıb: “Yeniliklər çox yaxşı işləyir. Bu yenilikləri gətirən hər kəsə təşəkkür etmək istəyirəm. Bu, heç də asan deyildi. Aerodinamik boruda çox iş gedir. Bu altlıqları istehsal etmək üçün çox işləmək lazımdır.

Atdığımız addımları görmək gözəldir. Bu yeniliklərdən maksimumu almağa çalışırıq. Ümid edirəm ki, yaxşı işləyərək düzgün addımlar atarıq”.

Rauf Hacıyev

Şərh əlavə et