Xəbəri Kokpitdə Oxuyun!

FİA Alonsonun insidentini araşdıracaq

FİA Fernando Alonsonun sərbəst yürüşlərdə yerindən çıxan sükanını araşdıracaq.

Kokpit.az xatırladır ki, Bəhreyn Qran Prisinin ikinci sərbəst yürüşlərinin əvvəllərində sükanı çıxıb. Lakin ispaniyalı sürücü sükanı təzədən yerinə taxa bilib. Bu hadisə 1994-cü ilin San Marino yarışında Ayrton Sennanın başına gələn bəd qəzanı xatırladıb.

Lakin ispaniyalı pilotun maşınında sükan qırılmayıb. Sadəcə xarab olub. Alonso pitə gəlib və mexaniklər sükanı tezliklə təmir ediblər. Lakin veteran sürücü bu insidentə görə çox əsəbiləşib.

Aston Martin mexanikləri problemi həll edərkən heç kim görməsin deyə demək olar ki, divar əmələ gətiriblər. Bu hadisənin iki səbəbi ola bilər – birincisi AMR25-in sükanının düzgün şəkildə yerinə taxılmamasıdır.

Fernando Alonso bu barədə bunları deyib: “Bəli. Maşın işləmirdi və ötürmələri dəyişdirə bilmirdim. Göstəricilər bağlandı. Buna görə də komanda ilə əlaqə yarada bilmədim və son döngədə sükan tamamilə çıxdı. Böyük ehtimalla sükan milində ya da linklərdə problem var idi. Mexaniklər tezliklə detalları dəyişdirdilər və problemi həll etdilər. Qısa müddətdə problemi həll etdikləri üçün onlara təşəkkür edirəm”.

Aston Martin komandası FİA-nın texniki nümayəndələrinə hərtərəfli taport təqdim etməlidir, çünki bu hadisə təhlükələr yarada bilərdi.

Rauf Hacıyev

Şərh əlavə et