Kokpit.az bildirir ki, Saxirdəki sprint yarışına Coşua Dürksen pouldan başlayıb. O, yarışın ilk dövrəsini lider bitirib. Hitech GP komandasının sürücüsü Lyuk Brouninq nisbətən zəif start verib.
Viktor Martins isə ilk döngədə trasdan çıxıb və ön qanadını zədələyib. Fransalı sürücü pitə girərək yarışa axırıncı yerdə qayıdıb.
Prema Racing komandasından Sebastyan Montoya 18-ci yerdə başladığı yarışda yenə də uğursuzluğa düçar olub. O, 8-ci döngədə yerində fırlanıb və sonra maşınını işə sala bilməyib.
Montoyanın trasdan qalan maşınına və Martinsin qırıntılarına görə trasa təhlükəsizlik maşını çıxıb.
Təhlükəsizlik maşını boksa qayıtdıqdan sonra Kordil Montoya ilə olan təmasa görə 10 saniyə cərimələnib. Daha sonra isə Marti Danniyə hücum edərək beşinci yerə yüksəlib. Lakin daha sonra Danni əks hücumla yerini Martidən geri alıb.
10-cu dövrədə Versxur Vilyaqomesi keçib. O sırada Beqanoviç birinci Dürksenə yaxınlaşıb və dördüncü döngədə rəqibini keçərək liderliyə yüksəlib.
Yarışın 16-cı dövrəsində Maks Estersonun Trident maşını mübarizəni vaxtından əvvəl dayandırıb və təhlükəsizlik maşını növbəti dəfə trasa çıxıb. 3 dövrədən sonra yarışa yenidən restart verilib.
Bir neçə dövrədən sonra Beqanoviç yenidən Dürkseni təzyiq altında saxlayıb. Bu anda Versxur və Marti öndəki iki sürücüyə çatıblar və birinci yer uğrunda 4 sürücü mübarizə aparmağa başlayıb.
Yarışın son dövrəsində Marti liderliyə yüksəlib. Bu anda 12 sürücünün hamısı 1 saniyənin içində idilər. Danni ön qanadını zədələyən qəza edərək mübarizəni dayandırıb.
Versxur isə Dürkseni 12-ci döngədə xarici trayektoriyadan keçib. Marti isə rahatlıqla yarışı qazanıb.
Versxur ikinci, Dürksen üçüncü, Beqanovic dördüncü olublar. Yarışın sonlarında pitə gələn Göte isə yarışı beşinci yerdə tamamlayıb.
Şərh əlavə et